Səbail rayon Məhkəməsində bloqer Ata Abdullayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.
AzerTimes-ın məlumatına görə, hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, istintaq orqanın təqdimatı təmin edilib və A. Abdullayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, A. Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirildiyi bildirilir.