Astma dərdinə çarə

Astma dərdinə çarə

Nobel laureatlarından biri, mikrobiologiya sahəsində professor Barri Marşall qida allergiyasının və bronxial astmanın qarşısını alan preparat hazırlayıb. Dərman insanın immun sisteminə təsir göstərir, fəallığı ifrat həddə çatanda onu sakitləşdirir.

Alimin sözlərinə görə, bu preparat qastrit və xoranın inkişafını oyadan helikobakter bakteriyalarının öyrənilməsi üzrə əvvəlki tədqiqatın bəhrəsidir. Bu bakteriya növü mədədəki yerli immuniteti zəiflədir və çoxalma üçün şərait yaradır. Oxşar kimyəvi mexanizmdən istifadə edən Marşall immuniteti sıradan çıxaran preparat yarada bilib. Bu qidaya allergiyası və bronxial astması olan insanların həyatını xeyli yaxşılaşdırmağa imkan verəcək. Hazırda dərman toz şəklindədir. Onu qida və içkilərə əlavə etmək olar. Alim indidən yeni vasitənin səmərəli olacağına əmindir, lakin bu dərman birləşməsinin təhlükəsizliyini yoxlamaq üçün bir neçə il tələb olunur.


Sonrakı xəbər
Əvvəlki xəbər