Astarada torpaq sürüşməsi: yol bağlandı

Astarada torpaq sürüşməsi: yol bağlandı

Astara rayonunda torpaq sürüşməsi olub, yol bağlanıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, Şiyəkəran kəndində baş verən torpaq sürüşməsi 10-a yaxın fərdi təsərrüfatı yolsuz qoyub.

Belə ki, çay kənarında yerləşən evlərin yolu çöküb. Uçqun həyətlərin çəpərinə qədər genişlənib, yol tamamilə bağlanıb.

Fövqəladə Hallar Nazirliyinin Lənkəran Regional Mərkəzinin əməkdaşları əraziyə cəlb olunub. Yolda təhlükəsizlik tədbirlərinin görülməsinə başlanılıb. Əraziyə yaxınlaşmaq qadağan edilib. Çünki sürüşmə hələ də davam edir.

Hazırda ağır texnikalar vasitəsilə Pensərçayın ərazidən keçən hissəsinin yatağı dəyişdirilir.

Teqlər: