Astarada narkobaronlar 26 kiloqram narkotiklə yaxalandı (FOTO)

Xəbər - Samir Əli – Trend:

Astara rayonunda narkotik alveri ilə məşğul olan şəxslər 26 kiloqram narkotik maddə ilə yaxalanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a verilən məlumat görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Elvin Ağayev və əvvəllər məhkum olunmuş Sədail Mövlanov saxlanılıblar. Keçirilən baxış zamanı S.Ağayevin üzərindən 3 qramdan artıq narkotik vasitə tiryək aşkarlanıb.

E.Ağayevin yaşadığı evə və həyətdəki yardımçı tikililərə keçirilən baxış zamanı isə ayrı-ayrı bağlamalarda ümumilikdə 23 kiloqram 510 qram narkotik vasitə heroin və 3 kiloqrama yaxın tiryək aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə edib və onun deyəcəyi yerə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imişlər.


Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir

Teqlər: