Astara rayonunda atanın ölümü, oğulun isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun dağlıq ərazisində yerləşən Motlayataq kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini 1967-ci il təvəllüdlü Zakir Lələyevin idarə etdiyi “Niva” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.
Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin – sürücünün oğlu 1995-ci il təvəllüdlü Ruslan Zakir oğlu Aydınzadə isə xəsarət alıb.
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.