“Astara” yük terminalında bu ilin 2 ayı ərazində daşınan yüklərin həcmi məlum olub

Xəbər - Fərid Zöhrabov – Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY
Express” MMC, 2022-ci ilin ilk 2 ayı ərazində “Şimal-Cənub”
nəqliyyat dəhlizi vasitəsi ilə 500 vaqonda 23 378 ton kənd
təsərrüfatı məhsullarını, tranzit rejimində İrandan Rusiyaya nəql
edib. Bunlar əsasən meyvə-tərəvəz və süd məhsullarıdı.

“ADY Express”dən Trend-ə bildiriblər ki, 2021-ci ildə isə ADY Express
ümumilikdə 1468 vaqonda 74 783 ton kənd təsərrüfatı məhsullarını
İrandan Rusiyaya nəql edib. Məhsullar İran ərazisində yerləşən
“Astara” yük terminalında vaqonlara yüklənərək, daha sonra
Azərbaycandan keçərək Rusiyaya çatdırılır. Əksər yüklərin təyinat
məntəqəsi Moskva şəhəridir. Bu növ yükdaşımalar üçün vaqon təminatı
da “ADY Express” MMC tərəfindən həyata keçirilir.

“Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsi kənd təsərrüfatı
məhsullarının nəqli ilə bağlı layihənin əsası 2021-ci ilin sentyabr
ayında Moskvada, iki ölkə dəmiryolçuları arasında xüsusi görüşdə
qoyulub. “Rusiya Dəmir Yolları” ASC və törəmə onun şirkəti olan
“RJD Logistika” SC, “Azərbaycan Dəmir Yolları” QSC və törəmə
şirkəti “ADY Express” MMC-nin nümayəndələri arasında aparılan
danışıqlar və verilən qərarlar, Rusiya ilə Azərbaycan arasında kənd
təsərrüfatı məhsullarının nəqlinin inkişaf etdirilməsi ilə yanaşı,
İran-Azərbaycan-Rusiya marşrutu ilə eyni yüklərin daşıma
mexanizmlərin təkmilləşdirilməsinə xidmət edir. Danışıqlar
nəticəsində, Azərbayacan və Rusiya dəmiryolçuları kənd təsərrüfatı
mallarının nəqli ilə bağlı, bir sıra infrastruktur layihələri
gerçəkləşdirib, yükdaşımalar texnologiyalarını təkminləşdirib,
vaqon təminatını artırıblar.

Azərbaycan-Rusiya 30 illik münasibətlərinin tərkib hissəsi olan
2 ölkənin dəmir yolları strukturlarının əməkdaşlığı və qeyd edilən
layihə, Azərbaycanın tranzit imkanlarını artırmaqla yanaşı, ixrac
potensiallı yüklərin nəqli mexanizmlərinin optimallaşdırılmasına
xidmət edir.


Onu da qeyd edək ki, İran İslam Respublikası ərazisində yerləşən
və Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan
“Astara” yük terminalında 2022-ci ilin ilk 2 ayı ərzində aşırılan
və “ADY Express” MMC tərəfindən daşınan yüklərin ümumi həcmi 1369
vaqonda 58 967 ton təşkil edib.

2021-ci ildə isə “Astara” yük terminalında aşırılan yüklərin
ümumi həcmi 350 686 ton və ya 8112 vaqon təşkil edib. Orta hesabla
2021-ci il ərzində Astara terminalında, gündəlik aşırılan yüklərin
həcmi 1128 ton və ya 26 vaqon təşkil edib. Aşırılan yüklərin 74% və
ya 260 063 tonu tranzit yüklərin payına düşür. Tranzit yüklərin
böyük hissəsi Rusiya-İran və İran-Rusiya marşrutları ilə nəql
edilir.

Teqlər: