Astara sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan
silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə
əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional
qrupundan AzerTimes-a verilən
məlumata görə, bu istiqamətdə Astara Rayon Polis Şöbəsinin
əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri zamanı
rayon sakinləri İ.Qulamov, V.Zamanov və A.Paşayevdən qanunsuz
olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd ov tüfəngi
aşkar edilərək götürülüb.

Silahlar aidiyyəti üzrə təhvil verilib. Həmin şəxslər barəsində
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati
protokol tərtib edilərək baxılmasından ötrü Astara Rayon
Məhkəməsinə göndərilib.

Teqlər: