Xəbər - Humay Ağacanova – Trend:
Gömrük orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Twitter” hesabında paylaşım edib.
Sədr qeyd edib ki, ölkənin cənub sərhədində – Astara gömrük postunda 137 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilib.