Astananın hüquq-mühafizə orqanları iyulun 3-4-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti zamanı təhlükəsizliyi təmin etmək üçün şəhər ətrafında nəzarət-buraxılış məntəqələri qurub.
AzerTimes xəbər verir ki, bunu Qazaxıstanın daxili işlər nazirinin müavini Marat Kojayev deyib.
“Sammitlə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib. Şəhərin ətrafında nəzarət-buraxılış məntəqələri var, strateji qurumlar mühafizə altındadır”, – Kojayev bildirib.