

Astanadakı “Yeddi çəllək” yaşayış kompleksində yanğın baş verib.
AzerTimes xəbər verir ki, bu barədə “Spitnik Qazaxıstan” məlumat yayıb.
“6-cı mərtəbədən 16-cı mərtəbəyə kimi binanın çöl üzlüklərinin izolyasiyası, eləcə də 14-cü mərtəbənin eyvanı yanıb. Yanğın təxminən 250 kvadratmetr ərazini əhatə edib. Onun söndürülməsinə 45 yanğınsöndürən və 13 ədəd texnika cəlb olunub. 100-dən çox insan özünü xilas edib, daha 15 sakin təxliyə edilib. Yanğın zamanı xəsarət alan olmayıb”, – qeyd olunub.