Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin müavinləri Astanada Dəməşq və Ankara arasında münasibətlərin bərpası üçün yol xəritəsinin elementlərini müzakirə ediblər.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Dörd ölkənin XİN rəhbərlərinin mayın 10-da Moskvada keçirilən görüşündə əldə olunmuş razılaşmalara uyğun olaraq, iştirakçılar Suriya-Türkiyə dövlətlərarası münasibətlərinin bərpası üçün müdafiə nazirləri və xüsusi xidmət orqanları ilə koordinasiyalı şəkildə müzakirə aparıblar”, – deyə bildirilib.