Astana ilə mühüm müqavilələr imzalanacaq – Makron

Astana ilə mühüm müqavilələr imzalanacaq – Makron

Ölkələrimiz arasında strateji və iqtisadi əlaqələri inkişaf etdirəcək mühüm müqavilələr imzalayacağıq.

AzerTimes xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə görüşündə deyib.

“Biz mühüm beynəlxalq mövzularda irəliləyə doğru gedəcəyik, BMT Nizamnaməsinə, ərazi bütövlüyü, milli suverenlik kimi prinsiplərə sadiqliyimizi vurğulaya biləcəyik. Həmçinin əsas ikitərəfli məsələləri müzakirə edə biləcəyik. Biz mühüm iqtisadi tərəfdaşlarıq”, – Makron bildirib.

Teqlər: