“Vikiliks” rəhbəri Culian Assanc ABŞ-a ekstradisiya olunarsa, Nyu Yorkdakı Azadlıq heykəlinin sökülməsi üçün çalışacağam.
AzerTimes xəbər verir ki, bu sözləri Meksika Prezidenti Andres Manuel Lopez deyib.
“Əgər onu Birləşmiş Ştatlara aparıb, maksimal həbs müddəti və ölüm hökmü təyin edəcəklərsə, o zaman biz fransızların hədiyyə etdiyi Azadlıq heykəlinin sökülməsi üçün kampaniya başlatmalıyıq. Çünki bu heykəl daha azadlıq simvolu deyil”, – deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, Böyük Britaniya daxili işlər naziri Priti Patel C.Assancın ABŞ-a ekstradisiyasını təsdiqləyib. Onu orada 175 illik həbs həyatı gözləyir.