Ermənistan Baş Qərargahının rəisi Edvard Asryan ABŞ ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədr müavini, admiral Kristofer Qredi və ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi general Çarlz Braun ilə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
“Görüş zamanı Ermənistan-Amerika müdafiə əməkdaşlığının hazırkı vəziyyəti, qarşıda duran proqramlar, birgə fəaliyyətlər, peşəkar serjant sisteminin tətbiqi və konkret vəzifələrin həlli yolu ilə komandanlığın həyata keçirilməsi konsepsiyası, eləcə də hava qüvvələri, regional təhlükəsizlik sahəsində daha geniş əməkdaşlıq imkanları kimi bir sıra məsələlər müzakirə olunub”, – məlumatda deyilir.