Aşqabadı məhv edən zəlzələ: fay xətti Xəzərdədir

Aşqabadı məhv edən zəlzələ: fay xətti Xəzərdədir

Türkiyənin bir çox şəhərindən fərqli olaraq, Bakıda bugünədək gücü 7 balı keçən dağıdıcı zəlzələlər baş verməyib. Ancaq bura qitələrin sıxılması bölgəsi içərisindədir.

Bu sözləri AzerTimes-a ölkəmizdə baş verən son zəlzələ haqqında danışan Yıldız Texnik Universitetinin Təbiət Elmləri Araşdırma Mərkəzinin sədri, professor Şükrü Ərsoy deyib.

Professor ölkəmizdə orta dərəcəli zəlzələ aktivliyinin mövcud olduğunu bildirib:

“Azərbaycanda baş verən zəlzələlərin episentri üzdə yox, daha dərində olur. Bölgədə orta dərəcəli zəlzələ aktivliyi mövcuddur. Müqayisə üçün deyə bilərəm ki, Xəzərin şərqinə doğru uzanan və Türkmənistanın dağlıq və düzənlik ərazisindən keçən çox böyük bir fay xətti var. Burada meydana gələn hərəkətlənmələr nəticəsində 1948-ci ildə Aşqabadda 9-10 bal gücündə çox dəhşətli zəlzələ baş verib. Azərbaycanda da tarixdə güclü zəlzələlər olsa da, bu, dünyanın bir sıra ölkələrində olduğu kimi, mütəmadi və silsilə xarakteri daşımır. Ancaq bütün hallarda əgər zəlzələnin gücü 5,5 balı keçirsə, tektonik və seysmoloji hərəkətlənmələr davamlı və ciddi şəkildə müşahidə edilməlidir. Əlbəttə, heç kim zəlzələnin vaxtını dəqiq deyə bilməz. Aparılan müşahidələr isə yaxın gələcəkdə müəyyən proqnozlara zəmin hazırlayır”.

Teqlər: