Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü olub.
AzerTimes xəbər verir ki, görüşdə Azərbaycanın XİN başçısı Ceyhun Bayramov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Türkmənistanın xarici siyasət idarəsinin rəhbəri Rəşid Mərədov, İranın XİN başçısı Hüseyn Əmirabdullahian və Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi iştirak edib.
Qeyd edək ki, bu gün Türkmənistanda Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşü olacaq.