AŞPA-da Bakıya və Ankaraya qarşı olan türkiyəli deputat…

AŞPA-da Bakıya və Ankaraya qarşı olan türkiyəli deputat…

AŞPA-da Azərbaycanla bərabər, Türkiyəyə qarşı da qərar qəbul edilib. Hesabatların qəbulunun lehinə səs verənlər arasında Türkiyənin PKK-nı dəstəkləyən Xalqların Bərabərliyi və Demokratiya Partiyasının (DEM) millət vəkili Berdan Öztürk də olub.

AzerTimes xəbər verir ki, bu barədə “Haber Qlobal”ın baş redaktoru Taha Dağlı “Türk düşməni iki hesabatda da DEM imzası” adlı köşə yazısında bəhs edib.

Belə ki, AŞPA-da həm də müvəqqəti təcridxanalarda və həbsxanalarda işgəncə və pis rəftar hallarının artması ilə bağlı hesabat yayımlanıb. Hesabatda Türkiyə PKK-nın lideri Abdullah Öcalana görə, Azərbaycan isə Qarabağdakı terrorçulara “işgəncə” verilməsində ittiham edilib. Berdan Öztürk isə bu və Azərbaycan əleyhinə olan hesabatın qəbulunun lehinə səs verdikdən sonra çıxışında Türkiyədən AŞPA-ya şikayət edib.

“Türkiyədə sistemli bir işgəncə var, ölkəmdəki işgəncə və pis rəftarın qısa xülasəsini danışmaq istəyirəm”, – deyən Öztürk sonra Öcalana azadlıq istəyib.

Qeyd edək ki, AŞPA Azərbaycanın təşkilatdakı “əsas öhdəlikləri yerinə yetirmədiyi” qənaətinə gələrək ölkəmizin nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməmək barədə qərar qəbul edib və ölkəmizə bir il vaxt verib. Bu qərardan əvvəl isə Azərbaycan nümayəndə heyəti bəyanat yayaraq, qurumda iştirakını qeyri-müəyyən vaxta qədər dondurub.

Teqlər: