ASO bu əraziləri də ələ keçirməlidir – Başbuğ

ASO bu əraziləri də ələ keçirməlidir – Başbuğ

Azad Suriya Ordusu (ASO) Tel-Rıfatdan sonra Eyn əl-Ərəb və Menbiç bölgələri istiqamətində hücuma başlayacaq.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ ölkə mediasın açıqlamasında deyib.

“ASO-nun refleksi ilə terror dəhlizi dərhal kəsilib. Daha sonra Tel-Rıfatın nəzarət altına alındığı bir proses baş verdi. İndi növbə Menbiçdədir. Çünki hər ikisi çox önəmlidir. Bunlar kritik torpaqlardır. Daha sonra Eyn əl-Ərəb (Kobani) bölgəsidir. Bu bölgədə ən vacib yer Qamışlı ərazisidir”, – Başbuğ bildirib.

Qeyd edək ki, Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu 8 ildir PKK-nın nəzarətində olan Tel-Rıfatı terrorçulardan təmizləyib.

Teqlər: