Aşkarlanan nöqsan və qanunsuzluqlar 2013-2018-ci illərə aiddir – ƏƏSMN

Xəbər - Humay Ağacanova – Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin yoxlamaları ilə bağlı məsələyə aydınlıq gətirib.

Trend xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov qeyd edib ki, Dövlət Maliyyə Nəzarəti Xidmətinin bu gün yaydığı hesabatında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Aparatında və onun tabeliyində olan 28 qurumda həyata keçirilən nəzarət tədbirlərinin nəticələri də açıqlanıb.


“Bununla bağlı media sorğularına cavab olaraq bildiririk ki, adıçəkilən qurumun nazirliklə bağlı həmin yoxlamaları 2013-cü ilin oktyabrından 2018-ci ilin aprel ayına qədərki dövrü əhatə edib. Aşkar olunan nöqsan və qanunsuzluqlar da 2013-2018-ci illərə aiddir”, – deyə o qeyd edib.

Teqlər: