“ASK Şüşə” MMC-də istehsal xəttinin modernizasiyası işləri yekunlaşmaq üzrədir (FOTO)

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan
“ASK Şüşə” MMC ilə Çexiyanın “Sklostroy” şirkəti və Türkiyənin
aparıcı məsləhətçi şirkətlərindən sayılan “YNG Danışmanlık LTD”
arasında qurulan əməkdaşlıq çərçivəsində müəssisənin istehsal
gücünün və məhsulların keyfiyyətinin artırılması məqsədilə mövcud
avadanlığın yenisi ilə əvəzlənməsi və modernizasiya işləri
yekunlaşmaq üzrədir.

ASC-dən AzerTimes-a verilən
məlumata görə, bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən
müasir avadanlıqların istifadəsi istiqamətində aparılan test və
quraşdırma işləri başa çatdıqdan sonra yeni istehsal xəttinin işə
salınması nəticəsində müəssisənin fəaliyyətinin səmərəli təşkili,
istehsal gücünün artırılması, standartlara uyğun keyfiyyətli məhsul
istehsalı imkanı yaranacaqdır.


Teqlər: