Xəbər - Zeyni Cəfərov – Trend:
2021-ci ilin sonunadək Azərbaycanın cari əməliyyatlar hesabı ümumi daxili məhsulun yeddi faizini təşkil edəcək. Bu, aprel proqnozu il müqayisədə 3,1 faiz çoxdur.
Trend bu barədə Asiya İnkişaf Bankının (AİB) “Asian Development Outlook-2021” hesabatına istinadən məlumat verir.
Eyni zamanda, 2022-ci ildə Azərbaycanın cari əməliyyatlar hesabının ÜDM-in 8,1 faizinə bərabər olacağı proqnozlaşdırılıb. Aprel hesabatında bu göstərici 5,5 faiz səviyyəsində proqnozlaşdırılırdı.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, bu ilin ilk yarısında Azərbaycanın cari əməliyyatlar hesabında 1,9 milyard profisit qeydə alınıb. Bu, Azərbaycan ÜDM-nin səkkiz faizinə bərabərdir.
Twitter:@jafarov_zeyni
(Tərcümə: Orxan Nəbiyev)