Xəbər - Zeyni Cəfərov – Trend:
2021-ci ilin yekunları üzrə Azərbaycanda ümumi daxili məhsulun artım tempi 2,2 faizə çatacaq ki, bu da aprel proqnozu ilə müqayisədə 0,3 faiz çoxdur.
Trend bu barədə Asiya İnkişaf Bankının (AİB) “Asian Development Outlook-2021” hesabatına istinadən məlumat verir.
Bununla yanaşı, AİB 2022-ci ildə Azərbaycan iqtisadiyyatının artımını 2,5 faiz səviyyəsində proqnozlaşdırır.
Qeyd edək ki, 2021-ci ilin ilk səkkiz ayı ərzində Azərbaycanda ümumi daxili məhsul ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artaraq 46 milyard manatdan 54,7 milyard manata çatıb.
Twitter: @jafarov_zeyni
(Tərcümə: Orxan Nəbiyev)