Asiya İnkişaf Bank Azərbaycanda günəş elektrik stansiyasının tikintisinə kredit ayıracaq

Asiya İnkişaf Bankı (AİB) Bakının Qaradağ rayonunda 230 meqavatt
gücündə günəş elektrik stansiyasının tikintisi və işlənməsi
layihəsi üçün “Masdar Azerbaijan Energy” şirkətinə 23,3 milyon
dollar məbləğində kredit ayıracaq.

Trend bu barədə
AİB-ə istinadən məlumat verir.

Qeyd edək ki, bir neçə gün əvvəl Avropa Yenidənqurma və İnkişaf
Bankı (AYİB) da həmin layihə üçün 51 milyon dollar kredit verə
biləyəcini açıqlamışdı.

AYİB Direktorlar Şurası kreditin verilməsi məsələsini aprelin
27-də müzakirə edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: