Aşıq Zülfiyyə 180 minlik maşından imtina etdi

Aşıq Zülfiyyə 180 minlik maşından imtina etdi

Aşıq Zülfiyyə İbadova ona 180 minlik maşın hədiyyə edən şəxsin adını açıqlayıb.

AzerTimes xəbər verir ki, aşıq Qaynarinfo.az-a açıqlamasında maşının iş adamı Gülnarə Musayeva tərəfindən hədiyyə edildiyini bildirib.

“Xanım Qazaxstanda yaşayır. Ad günüm idi, dedi, mənə dəstək verin, ordan ev alım. İstəyirəm, Bakıda evim olsun və mənə yaxşı bir maşın deyin, onu alım. Sevdiyim maşının adını dedim. Dedim ki, mən də həmin maşından almaq istəyirəm. 100 min dollar beh verib getdi. Gedəndən sonra maşını satan şirkətin nümayəndəsi dedi ki, Zülfiyyə xanım, bu maşını sizə alıblar. Dedim ki, dünya dağıla, mən bu maşını qəbul etmərəm. İmtina etdim, maddiyyat deyil, mənəviyyat dostluğu qurmaq istəyirəm. Xahiş etdim ki, inciməsin, bu günə kimi heç kiminlə maddiyyat üzərində dostluğum olmayıb. Ona görə də heç kimin qarşısında gözükölgəli deyiləm”.

Aşıq Zülfiyyə Gülnarə Musayeva ilə ailə dostluğu olduğunu qeyd edib:

“Mən onların bütün tədbirlərinə dəvət alıram, təmannasız oxuyuram. Gülnarə Musayeva maşın biznesi ilə məşğuldur”.

Teqlər: