Şirvan Aşıq Məktəbinin tanınmış simalarından olan Aşıq Abbas Musaxanoğlu dünyasını dəyişib.
Bu barədə AzerTimes-a onun ailəsindən məlumat verilib.
Bildirilib ki, Aşıq Abbasın nəşi sabah doğma kəndində – Şıxzərli qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Abbas Musaxan oğlu Güləliyev 1954-cü ildə Şamaxı rayonunun Şıxzərli kəndində doğulub. Atası Musaxan dövrünün məşhur balaban ifaçılarından olub.
Aşıq Abbas Moskva, Sankt-Peterburq və Orta Asiyada keçirilən festivallarda iştirak edib, diplom və fəxri fərmanlara layiq görülüb. 1989-cu ildə Qazaxıstanda, eləcə də Dağıstan xalqlarının Gəncədə keçirilən gənc ozanlarının müsabiqəsinin qaliblərindən olub. Şeirləri qəzet, jurnal və toplularda işıq üzü görüb.
2019-cu ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdü.