AXCP funksioneri Asif Yusifli partiyadan istefa verib.
AzerTimes xəbər verir ki, bu barədə Asif Yusifli özü açıqlama yayıb.
O bildirib ki, istefa verməsinə səbəb partiyanın bütün seçkilərdə tutduğu “xroniki boykot” siyasətidir.
Qeyd edək ki, AXCP üzvləri ömrünün böyük hissəsini, gəncliyini və ən enerjili çağlarını bu partiyaya həsr edən Asif Yusiflinin istefa qərarına kəskin reaksiya verirlər. Hətta onu ağır ifadələrlə təhqir də edirlər.