Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) tərəfindən göstərilən xidmətlərin sayı azaldılıb.
AzerTimes xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Dəyişikliklə ASAN Xidmət mərkəzlərində dövlət orqanları tərəfindən sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə sertifikatlar verilməyəcək.