Novruz bayramı ilə əlaqədar martın 20-dən 26-dək “ASAN xidmət”
və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin
İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildirilib ki, martın 20-də vətəndaşlar
şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi və
dəyişdirilməsi xidmətləri üzrə yalnız hazır sənədlərin verilməsi
xidmətindən yararlana bilərlər.
Martın 27-dən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət
etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
“ASAN kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.