“ASAN Könüllüləri” Təşkilatı və Carlsberg Azerbaijan “Məsuliyyəli Sürücülük və Məsuliyyətli İstehlak” üzrə təbliğata başlayıb (FOTO)

Ölkəmizdə məsuliyyətli sürücülük və məsuliyyətli istehlakın vacibliyini artırmaq məqsədi ilə tədbir keçirilib. “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən tədbirdə Dövlət Yol Polisinin şöbə rəisi, polkovnik Vaqif Əsədov, Carlsberg Azerbaijan Şirkətinin nümayəndələri və media nümayəndələri iştirak edib.

22 sentyabr 2021-ci il tarixində baş tutan tədbirdə məsuliyyəli sürücülük və məsuliyyətli istehlak üzrə təşviqat fəaliyyətləri istiqamətində “ASAN Könüllüləri” Təşkilatı və Carlsberg Azerbaijan şirkəti arasında uzunmüddətli əməkdaşlığa start verilib. Əməkdaşlı çərçivəsində qeyd olunan istiqamətdə Bakı, Gəncə, Sumqayıt, Bərdə, Quba regionlarında yaşayan vətəndaşlar arasında, eləcədə rəqəmsal mühitdə maarifləndimə işləri və həmçinin ölkədə ilbəil məlumatlılıq səviyəsinin artımının ölçülməsi üçün sorğu fəaliyətləri icra olunacaq. Tədbirdə “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova və Carlsberg Azerbaijan şirkətinin korporativ ünsiyyətlər üzrə rəhbəri Lalə Əfəndi iştirak etmişdir.

Görüşdə “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova çıxış edərək bildirmişdir: “Biz hər zaman “ASAN Könüllüləri” Təşkilatı olaraq könüllülərimizlə birlikdə müxtəlif ekoloji, humanitar və sosial istiqamətlərdə tədbirlər və layihələr həyata keçiririk. Bu gün son dövrlərdə artan nəqliyyat hadisələrinə diqqət cəlb etmək məqsədi ilə bu tipli sosial maarifləndirmə tədbirlərinin icra edilməsini vacib hesab edirik.”

Carlsberg Azerbaijan şirkətinin korporativ ünsiyyətlər üzrə rəhbəri Lalə Əfəndi qeyd etmişdir: “Bildiyiniz kimi Carlsberg Group məsuliyyətli istehlak məsələsinə böyük diqqət ayırır və dünyada ən böyük pivə istehsalçıları ilə yanaşı GBRD (Global Beer Responsibility Day) təşəbbüsündə yaxından iştirak edir. Bu təşəbbüs çərçivəsində “Məsuliyyətli istehlak və Məsuliyyətli Sürücülük” istiqamətində bir sıra layihələr həyata keçirmişdir.

“ASAN Könüllüləri” Təşkilatı ilə isə mövcud olan ekoloji istiqamətlərdə əməkdaşlığımızı yeni müstəviyə daşımaq və gənclər arasında məsuliyyətli istehlak təbliğatına töhvə vermək arzusundayıq.”

Tədbirdə iştirak edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov isə yol təhlükəsizliyi hadisələrində baş verən qəzaların səbəbinin içkili halda nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olduğunu bildirmişdir. Xüsusilə bu istiqamətdə ölkəmizdə əhalini məlumatlılığının artırılmasına ehtiyac olduğunu qeyd etmişdir.

Teqlər: