Aşağı faizli ipoteka kreditləri artıq Ziraat Bank Azərbaycanda!

Müştəri məmnuniyyətinə hər zaman böyük önəm verən Ziraat Bank
Azərbaycan, məhsul çeşidini genişləndirərək Azərbaycan
Respublikasının İpoteka və Kredit Zəmanət fondu (ARİKZF) ilə
əməkdaşlığı çərçivəsində fondun vəsaiti hesabına aşağı faizli
ipoteka kreditlərinin verilməsinə başlamışdır. Bank tərəfindən
təqdim edilən məlumata əsasən müştərilərə adi və güzəştli ipoteka
kreditləri təqdim edilir. Adi ipoteka krediti üzrə maksimal məbləğ
150 000 AZN, minimal faiz dərəcəsi isə 7% təşkil edir.

Güzəştli ipoteka kreditindən isə güzəştli kateqoriyaya aid olan
şəxslər faydalana bilər. Güzəştli ipoteka kreditlərinin şamil
olunduğu vətəndaşlar haqqında ətraflı məlumatı http://mcgf.gov.az/menu/46 əladə
edə bilərsiniz. Belə ki, sözügedən güzəştli kateqoriyaya aid
şəxslər 3,7%-dən başlayaraq maksimal 100 000 AZN məbləğində
güzəştli ipoteka kreditindən faydalana bilərlər.

Ziraat Bank Azərbaycan ilə ipoteka krediti əldə etmək istəyən
şəxslər,
Elektron Hökumət portalında
Fondun müvafiq sistemində
qeydiyyatdan keçdikdən sonra, sistem tərəfindən onlara verilən
aktivasiya kodu ilə bankın Azadlıq, Əhməd Rəcəbli, Sumqayıt və ya
Gəncə filialına yaxınlaşaraq müraciətlərini aktivləşdirə
bilərlər.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158
illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib
hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən
verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında
fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq
sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt
şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və
xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı
məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin
sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək
əldə edə bilərsiniz.

Teqlər: