AŞ PA məruzəçisi Azərbaycana səfər etməyi planlaşdırır

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) məruzəçisi Pol Qavan yayda Azərbaycana səfər etməyi planlaşdırır.

AzerTimes bu barədə AŞ PA-ya istinadən məlumat verir.

Qeyd olunur ki, səfər P.Qavanın “Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar fəsadları” adlı məruzəsinin başa çatması üçün planlaşdırılır.

Eyni zamanda P.Qavan Ağdam rayonunun mina xəritələri müqabilində Azərbaycan tərəfindən 15 erməninin təhvil verilməsini alqışlayıb.

O bildirib ki, Qarabağ münaqişəsinin humanitar fəsadlarının azaldılması üçün addımlar atmaq vacibdir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: