AŞ PA Bürosu erməni hərbi əsirlərin qaytarılması məsələsini müzakirəyə qəbul etməyib

Xəbər - Orxan Nəbiyev – Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Bürosu erməni hərbi əsirlərin Azərbaycandan qaytarılması məsələsini müzakirə etməyib.

AzerTimes-ın məlumatına görə, bu barədə erməni KİV-ləri bildirib.

Qeyd olunub ki, AŞ PA Bürosu Azərbaycan nümayəndə heyətinin müraciətini təmin edərək həmin məsələ ilə bağlı müzakirəni təsdiq etməyib.

Teqlər: