AŞ baş katibindən toqquşmalara – Reaksiya

AŞ baş katibindən toqquşmalara – Reaksiya

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.

AzerTimes xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Baş katib 2 ölkə sərhədi boyunca döyüşlərin şiddətlənməsi ilə bağlı xəbərlərdən narahatlığını ifadə edib.

Mariya Peyçinoviç Buriç qeyd edib ki, Avropa Şurasına üzv dövlətlər arasında fikir ayrılıqları danışıqlar və sülh yolu ilə həllini tapmalıdır:

“Hər iki ölkənin ali hakimiyyət orqanları arasında son zamanlar birbaşa təmaslar ümidverici idi və bu, davam etdirilməlidir. Avropa Şurasına daxil olarkən Azərbaycan və Ermənistan münaqişəni sülh yolu ilə həll etmək öhdəliyi götürüblər. Bu öhdəliyə hörmət edilməlidir. Avropa Şurası sülh yolu ilə nizamlanmaya nail olmağa töhfə verən barışıq səylərinə kömək etməyə hazırdır”.

Teqlər: