Xəbər - Samir Əli – Trend:
Ermənilər soyqırım törətdikləri zamanlarda ermənilərdən başqa digər millətlərdən də istifadə olunub.
AzerTimes-ın məlumatına görə, bunu Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyinin 31 mart soyqırımının ildönümü ilə bağlı onlayn brifinqində millət vəkili Arzu Nağıyev deyib.
O bildirib ki, bu proseslərdən sonra soyqırımda maraqlı olan qüvvələr tərəfindən hadisələrin arxiv sənədləri məhv edilib:
“Hansı ərazilərdə ki soyqırımlar törədilibsə, əvvəlcədən həmin ərazilərin xüsusi xidmət orqanları əməkdaşları ya dəyişdirilib erməni təyin edilirdi, ya da ermənilərə loyal olan şəxslər.
Həmin hadisələrin araşdırılması zamanı sənədlərdən şahid ifadələri çıxarılırdı. Əksəriyyətində isə şahid ifadələrini ermənilər alırdılar. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdandan sonra bu məsələ yenidən gündəmə gətirildi və araşdırmalar başlandı”.
A.Nağıyev deyib ki, Ermənilər bu gün böyük vəchlə qondarma “türk soyqırımı” adı ilə kompaniya aparır:
“Bu gün bu cür yalanları ifşa etmək üçün tarixçilərimiz araşdırmaları davam etdirməlidir. Biz bununla bağlı təbliğat işlərini davam etdirməliyik, ermənilərin törətdikləri soyqırım və vəhşiliklərlə bağlı filmlər çəkilməlidir”.