“Arven” qasırğası Böyük Britaniya sahillərinə yaxınlaşıb

Böyük Britaniyada sabah “Arven” qasırğası başlayacaq, küləyin maksimal sürəti 120 km/s-a çatır.

AzerTimes-ın məlumatına görə, bu barədə “Sky News” telekanalı xəbər verib.

“Ən çox zərər görəcək bölgələr əsasən sahildə olacaq, onlar 120 km/saata çatan küləklərlə üzləşəcək, bu da nəqliyyatın hərəkətində fasilələrə və səyahət vaxtının uzanmasına, elektrik enerjisinin kəsilməsinə, güclü dalğalara səbəb olacaq”, – deyə Böyük Britaniyanın Meteorologiya Bürosunun nümayəndəsi Stiven Dikson bildirib.


Meteorologiya Bürosu ikinci ən təhlükəlidi – “narıncı” fırtına xəbərdarlığı verib. Xəbərdarlıq İngiltərənin şimal-şərqində və Şotlandiyada səhər noyabrın 27-dəkqədər qüvvədə olacaq.