Həyat yoldaşına şiddət göstərən polkovnik-leytenantı barədə aparılan araşdırma yekunlaşıb.
AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ceyhun Hüseynov prokurorluq orqanlarından xaric edilib.
Qeyd edək ki, bu ilin mart ayında C.Hüseynovun həyat yoldaşı media müraciət edərək, dövlətin ərinə verdiyi silahı onun başına dirədiyini və “sənə xəyanət etmişəm” sözlərini dedirtdiyini bildirmişdi.
Qadın əlavə edib ki, C.Hüseynov onu zorla çöllük bir yerə aparıb, dəmir parçası ilə vurub.