Cəlilabadda 31 yaşlı qadın qətlə yetirilib, onu öldürməkdə şübhəli bilinən əri isə intihara cəhd edib.
DİN-in Mətbuat Xidmətindən AzerTimes-a bildirilib ki, fevralın 6-da saat 07 radələrində Cəlilabad rayonu Muğan kəndində 1992-ci il təvəllüdlü Günel Abbasovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1987-ci il təvəllüdlü Elxan Əmanov hadisədən sonra sirkə turşusu içib. O xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Fakt üzrə araşdırma aparılır.