Arvadını hoteldə qətlə yetirən kişinin məhkəməsi başlayır

bakı. Samir Əli – Trend:

Sumqayıt şəhərində hoteldə həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

AzerTimes-ın məlumatına görə, 1997-ci il təvəllüdlü Aişən Məhərrəm qızı Həsənovanı öldürməkdə şübhəli bilinən Orxan Qorxmaz oğlu Həsənovun cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə prosesinə hakim Mirzə Xankişiyev sədrlik edəcək.

Xatlradaq ki, hadisə bu il yanvarın 17-də saat 7 radələrində Sumqayıt şəhər ərazisində yerləşən otellərin birində baş verib. 1997-ci il təvəllüdlü Aişən Məhərrəm qızı Həsənovanın meyitinin oteldən aşkar edilməsi barədə Sumqayıt şəhər Prokurorluğuna məlumat daxil olub.


Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1991-ci il təvəllüdlü Həsənov Orxan Qorxmaz oğlunun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı yastıqla Aişən Həsənovanı boğaraq sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Teqlər: