Ötən gün həyat yoldaşı Aynur Əsədliyə qarşı şiddət göstərməsi ilə gündəmə gələn həkim-onkoloq İbrahim Əsədli ilə bağlı yeni fakt ortaya çıxıb.
AzerTimes Unikal.az-a istinadən xəbər verir ki, İ.Əsədli sertifikatı olmadan həkim kimi fəaliyyət göstərirmiş.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən də bildirilib ki, İbrahim Novruz oğlu Əsədlinin sertifikasiya müddəti 5 oktyabr 2023-cü ildə bitib.