Arvadını bıçaqlayan şəxslə bağlı cinayət işi başladı

Arvadını bıçaqlayan şəxslə bağlı cinayət işi başladı

Kürdəmir rayonunda arvadını bıçaqlayan şəxslə bağlı cinayət işi başlanılıb.

Bu barədə AzerTimes-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 03-ü saat 11 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində 1989-cu il təvəllüdlü Durbəs Bəkirovanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Rəcəb Bəkirovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Durbəs Bəkirovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən ödürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Rəcəb Bəkirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Teqlər: