Arutyunyanın şok ifadəsi: Gəncəyə atəş əmrini o verib

Arutyunyanın şok ifadəsi: Gəncəyə atəş əmrini o verib

Qarabağdakı keçmiş separatçı tör-töküntüsünə rəhbərlik etmiş Araik Arutyunyanın Bakıda istintaqa verdiyi iddia edilən ifadəsi yayılıb.

AzerTimes xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat paylaşılıb.

Bildirilib ki, Arutyunyan “orduya” əmr vermək səlahiyyəti olmadığını deyib:

“Mən kiməm ki, orduya əmr verim? Bütün əmrlər Ermənistanın Müdafiə Nazirliyindən gəlirdi. Mənim rəhbərliyim ancaq formal idi, baxış xarakteri daşıyırdı. Gəncəyə, Bərdəyə, Mingəçevirə atılan bombalar ərazidən atılıb.
“Mənim belə bir əmr verməyə səlahiyyətim yox idi. Sərəncamları şəxsən Paşinyan verib. Bundan sonra o, Ermənistanı məsuliyyətdən yayındırmaq üçün efirə çıxmağımı və bütün məsuliyyəti öz üzərimə götürməyimi əmr etdi”.

Qeyd edək ki, hazırda keçmiş separatçı-terrorçu xuntanın digər başçıları kimi, Araik Arutyunyanın da DTX-də istintaqı davam edir.

Teqlər: