Ermənistan Baş nazirinin Aparat rəhbəri Araik Arutyunyan Avropa Birliyinin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqosla görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin Aparatından məlumat verilib.
Məlumata görə, tərəflər Ermənistan-Avropa Birliyi əməkdaşlığı gündəliyinin bir sıra məsələlərini müzakirə ediblər:
“Hər iki tərəf bu il aprelin 5-də Brüsseldə keçirilmiş Ermənistan-AB-ABŞ yüksək səviyyəli görüşdə əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıb. Tərəflər səmərəli əməkdaşlıqdan məmnunluq ifadə ediblər və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyini bildiriblər”.