Xəbər - Humay Ağacanova – Trend:
Artıq regionda Azərbaycanla yeni layihələr barəsində düşünürük. Qlobal məsələlərin həllində əməkdaşlığa daha çox önəm veririk. Ermənistanın da bu prosesə qatılmasını səbrsizliklə gözləyirik.
AzerTimes-ın məlumatına görə, bunu Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım VIII Qlobal Bakı Forumundakı çıxışında bildirib.
O qeyd edib ki, əsas məqsəd bölgədə inkişafa nail olmaqdır.
“BMT Qarabağ probleminin həllini tapa bilmədi, qətnamələr, səylər uğursuz oldu. Məsələnin danışıq yolu ilə həlli olsa idi, müharibə olmazdı. Bu səbəbdən BMT bir sıra islahatlar aparmalıdır”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.