Ukrayna ordusu Rusiyanın işğal etdiyi bütün əraziləri azad etməyə və 1991-ci il sərhədlərinə çatmağa hazırdır.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, general Nikolay Malomuj deyib.
Onun sözlərinə görə, Ukrayna ordusu bunun üçün lazım olan resursları artırıb:
“Biz strateji olaraq Xarkov istiqamətində irəliləyirik, artıq Luqanska, Donetsk vilayətinə çatırıq. Bu, bu gün perspektivdir… Biz müharibənin həllinə çatmağa hazırıq. Ukraynanın sərhədləri 1991-ci ildə beynəlxalq hüquq normalarına uyğun olaraq müəyyən edilib və buna görə də sülhə nail olmağın yeganə yolu rəsmi sərhədlərə qayıtmaqdır”.