Artıq Dağlıq Qarabağ adlı ayrıca ərazi vahidi mövcud deyil – Tural Gəncəliyev

Xəbər - Asif Mehman -Trend:

Artıq Dağlıq Qarabağ adlı ayrıca inzibati ərazi vahidi mövcud deyil.

AzerTimes-ın məlumatına görə, bu barədə Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

T.Gəncəliyev qeyd edib ki, uzun illər ərzində üzərimizə düşən tarixi missiyanı həyata keçirdik. Ermənistanın təcavüzkarlıqlarının ifşa edilməsi, ölkə daxilində və ölkə xaricində bunun dünya ictimaiyyətinə çatdırılması ilə bağlı fəaliyyət apardıq. Bu fəaliyyətimiz Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində zəfərlə yekunlaşdı, Ermənistan ordusu darmadağın edildi, yeni reallıqlar yarandı:

“Artıq Dağlıq Qarabağ adlı ayrıca inzibati ərazi vahidi mövcud deyil. Azərbaycanlı və erməni icmaları öz aktuallığını itirmişdir. İcma üzvləri olaraq da biz bu qərara gəldik ki, təşkilatın ictimai əhəmiyyəti bitmişdir, Azərbaycanlı və erməni icmalarının hansısa əhəmiyyəti yoxdur. Beləliklə də təşkilatın buraxılması haqqında qərar verdik. Bundan sonra əsas diqqətimizi Qaraba qayıdış məsələlərinə yönəldəcəyik”.

T.Gəncəliyev bildirib ki, “Qarabağa dönüş” adlı ictimai birliyinin fəaliyyəti Qarabağındakı quruculuq işlərinə, insanlarımızın ləyaqətli şəkildə öz torpaqlarına qayıtmasına dəstək vermək olacaq.


“Qarabağa dönüş” adlı ictimai birlik yaradıldı

Qeyd edək ki, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi 30 aprel 2021 ci il tarixdə iclas keçirərək, təşkilatın buraxılmasına qərar verib. İcmadan bildirilib ki, bundan sonra əsas fəaliyyətlərini tarixi və əzəli torpaqlarımıza böyük qayıdışın uğurla başa çatdırılmasına, Qarabağımızın dirçəldilməsinə yönəldəcəklər. Bu məqsədlə “Qarabağa dönüş” adlı ictimai birliyin yaradıldığı da elan olunub.

Teqlər: