Bu gün Azərbaycan və Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlıq möhkəmlənir. İstər ticarət, istər təhsil, istər sadəcə istirahət etmək məqsədi ilə vətəndaşlarımız Türkiyəyə səfər edir. Müxtəlif saytlar üzərindən alış-veriş edən vətəndaşlarımızın sayı da kifayət qədər yüksəkdir.
Mövcud tendensiyanı nəzərə alaraq, müştərilər üçün daha rahat və sərfəli ödəniş imkanının yaradılması məqsədi ilə Ziraat Bank Azərbaycan çoxdandır gözlənilən bir ilkə imza atmışdır. Belə ki, “Bankkart” artıq Türk Lirəsi valyutasında istifadəyə verildi! Kart hazırda VISA Klassik növündə müştərilərə təqdim edilir. Azərbaycanda ilk dəfə buraxılan, Türk Lirəsi valyutasında bu kart vasitəsi ilə ödəniş etdikdə, müştərilər bir çox üstünlüklər əldə edəcəklər:
Vəsait xərcləndikdə ikiqat konvertasiya faizi tutulmur;
Konvertasiya komissiyası yoxdur;
Ziraat Bank Türkiyə ATMlərindən nağdlaşdırma komissiyası 0.5% (min. 10 TL) təşkil edir.
Qeyd edək ki, digər valyutada olan yerli bank kartları üzrə xaricdə nağdlaşdırma komissiyası minimum 1.5% təşkil edir. Müştərilər TL valyutasında ödənişlərini Bankkart vasitəsi ilə reallaşdırarkən əlavə konvertasiya əməliyyatlarının baş tutmaması səbəbi ilə komissiya müştəridən tutulmur və konvertasiya itkisi baş vermir. Həmçinin hazırda Ziraat Bank Azərbaycan Türk Lirəsi valyutası üzrə müştərilərə ən sərfəli məzənnə təklif edən banklardandır.
Kartın sifarişi üçün müştərilər şəxsiyyət vəsiqələri ilə bankın istənilən filialına yaxınlaşa bilərlər. Bankdan verilən məlumata əsəsən, yaxın günlərdə online sifariş imkanın yaradılması və kart istifadəçilərinə yeni imtiyazlarında da təqdim edilməsi gözlənilir.
“Ziraat Bank Azərbaycan” ASC Türkiyənin 157 illik tarixə malik Ziraat Maliyyə Qrupuna daxil olan Bank olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində ümumi 6 filialı mövcuddur.