Artıq 10 nəfərədək toplaşmağa icazə verilir

Artıq 10 nəfərədək toplaşmağa icazə verilir

Bu gündən (8 sentyabrdan) ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.

Bu barədə məlumat Nazirlər Kabinetinin “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarına edilən dəyişiklikdə öz əksini tapıb.

Qeyd edək ki, bundan əvvəl insanların 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmişdi.