Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı
planına uyğun olaraq raket və artilleriya bölmələrində atəş-dəstək
qrup komandirləri ilə ön müşahidə üzrə hazırlıq kursu
keçirilir.
Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, hərbi qulluqçular silahlanmada olan müasir
artilleriya müşahidə cihazlarının taktiki-texniki xüsusiyyətlərini,
onlardan istifadə qaydalarını öyrənir. Bundan başqa, artilleriya
kəşfiyyatçıları optik cihazlar vasitəsilə hədəf koordinatlarının
aşkar edilməsi, eləcə də atəşin idarəedilməsi üzrə digər mövzularda
praktiki bacarıqlarını təkmilləşdirirlər.
Nəzəri məşğələlərin sonunda artilleriyaçılarımız təyin olunan
şərti düşmən hədəflərinə atəş tapşırıqlarını yüksək peşəkarlıqla
yerinə yetiriblər.