Futbol üzrə İngiltərə çempionatının IX turu çərçivəsində Londonun “Arsenal” klubu səfərdə “Liverpul”la qarşılaşıb, matç 2:2 hesabı ilə başa çatıb.
AzerTimes-ın məlumatına görə, görüş Londonda baş tutub.
“Arsenal”ın qollarını Bukayo Saka (9-cu dəqiqə) və Mikel Merino (43) vurub. “Liverpul”un heyətində Vircil van Deyk (18) və Məhəmməd Salah (81) fərqlənib.
“Arsenal” bu oyundan sonra 18 xal toplayıb və İngiltərə çempionatının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. “Liverpul” dörd qələbə seriyasını yarımçıq qoyaraq 22 xalla 2-ci pillədə qərarlaşıb.
Çempionatın lideri “Mançester Siti”dir (23 xal).
“Arsenal” növbəti turda səfərdə “Nyukasl”la qarşılaşacaq, “Liverpul” isə “Brayton”u qəbul edəcək. Qarşılaşmalar noyabrın 2-də baş tutacaq.