“Arsenal” 4 futbolçusu ilə yeni müqavilə imzalayıb.
London klubunun rəsmi saytından verilən xəbərə görə, “topçular” müdafiəçi David Luisin sözləşməsini 1 illik uzadıb.
İcarə əsasında komandada çıxış edən Dani Sebalyos (müqavilə ilə “Real”a məxsus) mövsümün sonuna qədər klubda qalacaq.
Pablo Mari və Sedrik Soareş isə uzunmüddətli müqavilə imzalanıb. Hər iki futbolçu mövsümün əvvəlində icarə əsasında “Arsenal”a keçmişdi. Mari “Flamenqo”dan, Sedrik isə “Sauthempton”dan icarəyə gəlmişdi.